Moldovanın keçmiş prezidenti Pyotr Luçinski ölkəsində istehsal olunan çaxırın idxalını Rusiyanın dayandırmasını anlaşılmazlıq kimi dəyərləndirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə,o, Rusiyanın baş sanitar həkimi Gennadi Onişeknonun Moldova çaxırının keyfiyyəti barəsində qiymətini belə şərh edib: «Onişenkonun müəyyən bəyanatından sonra hər nəyin yasaqlanmasından iki gün ötməsi artıq lətifədir».
Xatırladaq ki, Onişenkonun etirazı əsasında Rusiya Moldova çaxırının idxalı dayandırılıb.
O, deyib: «Biz Rusiyaya Moldova istehsalı olan bütün növ üzüm məhsullarının gətirilməsinin yasaqlanması barədə qərar qəbul etmişik».
Gennadi Onişekno bildirib ki, Moldova tərəfindən problemin həlli ilə bağlı vəziyyət düzəlməyənədək bu qadağa qüvvədə qalacaq: «Moldova iqtisadiyyatına dayəlik etmək niyyətimiz yoxdur».
Baş sanitar həkimin sözlərinə əsasən, Moldovadan gətirilən çaxırın tərkibində zəhərli maddə aşkarlanıb