Banqladeşin paytaxtı Dakkada 17 gün əvvəl çökən 8 mərtəbəli “Rana Plaza”nın dağıntıları altından bir qadın sağ çıxarılıb.
Lent. az-ın “Daily Star” qəzetinə istinadən verdiyi məlumata görə, Reşma adlı qadın ciddi xəsarət almayıb.
Xilasedicilər qadına yemək və su veriblər. Reşma hərbi xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, içərisində 3 min nəfərin çalışdığı tikiş sexləri olan “Rana Plaza” aprelin 24-də çöküb. Dayaqları və divarları çatlayan binanın boşaldılması üçün polis aprelin 23-də xəbərdarlıq edib, lakin sex sahibləri buna diqqət yetirməyib. İndiyə qədər dağıntılar altından 1038 cəsəd çıxarılıb.