Sentyabrın 20-də Misirin şimalında Süveyş rayonunda yerli sakinlərlə devrilmiş prezident Mursinin tərəfdarları arasında qarşıdurma olub. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qarşıdurma nəticəsində ona yaxın aksiya iştirakçısı yaralanıb.
Mənbə bildirib ki, ölkənin başqa şəhərlərində də kiçik qarşıdurma qeydə alınıb.
Paytaxt Qahirənini bir neçə rayonunda eyni zamanda qarışıqlıq olub. Mərkəzi metro stansiyasının yaxınlığında isə atəş səsləri də eşidilib.
Polis «əl-İttihadiyyə» prezident sarayı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Ötən sutkada 90-a yaxın etirazçı tutulub.