Yunanıstan parlamenti ultrasağ təmayüllü «Qızıl şəfəq» Partiyasının 6 deputatının hüquqi toxunulmazlığını ləğv edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb onların cinayətkar aləmlə əlaqədə olduğu ehtimal edilir.
Xatırladaq ki, oktyabrın əvvəlində partiya rəhbərliyi, o cümlədən onun lideri başında Nikolaos Mixaloliakos da həbs edilib.
«Qızıl şəfəq»-çilər bir sıra cinayətlərin törədilməsində iştirakda, eləcə də antifaşist-musiqiçi Pavlos Fissasın qətlində şübhəli bilinirlər.
Fissasın ehtimal edilən qatili tutulub və törətdiyi cinayətin etiraf edib.
Tutulan başqa şübhəlilər isə suçluların inkar etməkdədir.
Bununla belə prokurorluq onlara qarşı miqrantlara işgəncə vermək, dələduzluq, silah qaçaqmalçılığı maddələri üzrə ittiham elan etməyə hazırlaşır.