Medvedev: «Ukrayna Moskva ilə AB arasında seçim etməlidir»
19 sentyabr 2013 21:34 (UTC +04:00)

Medvedev: «Ukrayna Moskva ilə AB arasında seçim etməlidir»

 «Ukrayna eyni zamanda həm Avropa Birliyinə assosiativ üzv ola, həm də Gömrük İttifaqında iştirak edə bilməz».

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

 

 Hökumət başçısının qənəatincə, Ukrayna rəhbərliyinin «müxtəlif anlaşmaları» təsdiq etməyə hazırılığı təəccübdən başqa heç bir təəssürat yaratmır.

 

«Bütün danışıqlar hər orada, həm burada olmaq üzərində qurulub. Bu isə bütövlükdə məkrdir. Bu istək, bağışlayın, sadəcə öz xalqını çaş-baş salmaqdır» -deyə, Medvedev bildirib.

 

Xatırladaq ki, bu günlərdə Ukraynanın Nazirlər Kabineti tam heyətlə Avropa Birliyinin Assosiativ üzvlük layihəsi haqda Müqavilənin lehinə səs verib.

 

Baş nazir Nikolay Azarov bildirib ki, bu anlaşma Ukrayna mallarının Avropa bazarlarına girişini asanlaşdıracaq.

 

Onun sözlərinə əsasən, Avropa Birliyi ilə azad ticarət müqaviləsi qüvvəyə mindikdən sonra  Ukraynanın kənd təsərrüfatı, qida və toxuculuq sənayesi, metallurgiya və nəqliyyat, eləcə də xidmət sahələri ilə əməkdaşlığın artacağını gözləyir.

 

Azarov bildirib ki, AB ilə assosiasiya və Gömrük İttifaqında iştirak biri-birinə qarşı istisna hal deyil.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar