Səudiyyə Ərəbistanında qadınların sükan arxasında oturmasına icazə verilmədiyi üçün ötən həftənin sonunda etiraz aksiyası keçirilib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda krallıqda çıxan «Suudi əl-Mədinə» adlı qəzet yazıb ki, qadınlar paytaxt Ər-Riyadda, habelə Ciddi və Məkkə şəhərlərində, eləcə də ölkənin şərq bölgələrində etiraz aksiyası keçirib.
Etiraz aksiyasının 15 iştirakçısı tutulub.
Mənbə xatırladıb ki, 1990-cı ildə oxşar tədbir keçirən qadınlar tutulandan sonra sərbəst buraxılıb.