Londonda islam əleyhinə mitinq: onlarla adam həbs edilib
09 oktyabr 2013 08:18 (UTC +04:00)

Londonda islam əleyhinə mitinq: onlarla adam həbs edilib

Londonda İslam əleyhinə mitinq keçirilib. Lent.az-ın aznews.az-a  istinadən verdiyi məlumata görə, aksiya keçirilənlərdən 160 nəfər saxlanılıb.

 

Londonun şimalındakı mitinqdə antiislami şüarları ilə qatılanlardan təqribən 500 nəfəri millətçi olub. Millətçilərə qarşılıq bir neçə min antifaşistin təşkil etdiyi tədbir birinci aksiyanı tarazlaşdırmaq üçün nəzərdə tutulub. Tədbirlərə nəzarət üçün 3 min polis səfərbər edilib.
London polisi millətçilərə Londonun şimalındakı müsəlmanların kompakt yaşadığı Tauer-Xamlets rayonuna yürüş etməyi qadağan edib. İkinci nümayişçilərə isə tədbirlərini keçirdikləri yerdən dəbərməmək əmr olunub. Bundan başqa tədbirlərin keçirmə müddəti də məhdudlaşdırılıb.
Agentlik xəbər verir ki, saxlanılanlardan çoxu antifaşistlərin nümayəndələri olub. Polisdən xəbər verilib ki, 150 nəfər mitinqlərdən ayrılaraq, millətçilərin yürüşlərini yekunlaşdıracağı Tauersk körpüsünə tərəf hərəkət edən zaman saxlanılıblar. Qalan 14 nəfər asayişi pozmağa cəhd etdiklərinə və üzərlərində soyuq silah və fişəng gəzdirdiklərinə görə polisə düşüblər. Bəzi məlumatlara görə İngiltərənin müdafiəsi Liqasının rəhbəri Tommi Robinson da tutulanların içərisində olub. Onu iğtişaşa cəhddə günahlandırırlar.
Hüquq-mühafizə orqanlarının ciddi səyi nəticəsində iki qruplaşma arasında xoşagəlməz olaylar baş verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar