KXDR ABŞ-la hücum etməmək müqaviləsindən imtina edib
12 oktyabr 2013 22:44 (UTC +04:00)

KXDR ABŞ-la hücum etməmək müqaviləsindən imtina edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahından imtina qarşılığında ABŞ-la hücum etməmək haqda müqaviləni imzalamaqdan imtina edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rəsmi Pxenyan Vaşinqtondan Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyi istəyib.

 

Oktyabrın 12-də KXDR-in dövlət KİVi bildirib ki, hakimiyyət 2013-cü ilin fevralında nüvə silahlarının sınağı ilə bağlı ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvini tələb edir.

 

Oktyabrın 10-da ABŞ, Cənubi Koreya və Yaponiyanı başladığı birgə hərbi təlimi KXDR kəskin  münasibət bildirib. Ölkənin lideri Kim Çen Ir bildirib ki, «amerikalı və yapon təcavüzkarlara, habelə onların marionetinə» zərbə endirməyə hazırdırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Oxşar yazılar