Londonda Bukinhem kral sarayının girişində əli bıçaqlı kişi saxlanılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun məqsədi haqda polis açıqlama verməyib.
Olay zamanı kraliça II Yelizaveta sarayda olmayıb.
Mənbə bildirib ki, bir ay öncə saraydakı otaqlardan birindən oğruluqdan sonra cinayətkar tutulub.
Bukinhemə ən hay-küyülü qanunsuz giriş 1982-ci ildə qeyd alınıb. Onda Maykl Faqan adlı şəxs II Yelzavetanın yataq otağınadək keçə bilibmiş. Kraliça xidmətçiləri çağırmış, onlar gələnədək M.Faqan, hətta onunla söhbət də edibmiş.