Körfəzdəki ərəb dövlətləri Livandakı «Hizbullah» qruplaşmasının terrorçu təşkilatlar siyahısına salınması təklifini nəzərdən keçirirlər.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə,bu haqda Küveytdə çıxan «əl-Rai» qəzeti yazıb.
Körfəz Dövlətləri Əməkdaşlıq Şurasının növbətçi sədri Bəhreyn bildirib ki, qurumun xarici işlər nazirlərinin qarşıdan gələn toplantısında bu təklif gündəliyə çıxarılacaq.
Bundan başqa toplantı iştirakçıları «daxili işlərinə İranın müdaxiləsini», özəlliklə Səudiyyə Ərəbistanındakı iranlı casuslarla bağlı yaranmış qalmaqalı da müzakirə etməyə hazırlaşır.
Xatırladaq ki, şuraya Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir.