Danimarka supermarketlər şəbəkəsi iyunun 12-də Kolumbiyadan gətirilən banan yeşiklərində 100 kq-dan çox toz aşkarlayıb. Lent.az-ın «Assoşieyted press» istinadən məlumatına görə, polis onun kokain olduğunu bildirib.
Mənbənin məlumatına əsasən, yükü boşaldan fəhlələr yeşiklərin bəzilərinin çəkisinin o birilərindən fərqli olduğunu hiss ediblər.
Elə həmin gün Kolumbiyana gətirilən bananın başqa partiyasında da oxşar hadisə müəyyənləşib.
Qaçaqmalçılar narkotik maddələri çox nadir halda bu üsulla ölkədən çıxarır. Ötən ilə isə Belçikada banan yeşiyində 8 ton kokain aşkarlanaraq, müsadirə edilib.