Kolumbiya hakimiyyəti bu ay NATO ilə əməkdaşlığa dair müqavilə imzalayacağını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, paytaxt Boqotedə çıxışı zamanı ölkə prezidenti Xuan Manuel Santos deyib ki, bu, NATO ilə Kolumbiyanın əməkdaşlığı və yaxınlaşması deməkdir: «Ümid edərəm ki, vaxtı çatanda biz bu təşkilata üzv olacağıq».
Prezidentin sözlərinə əsasən, əgər Kolumbiya hakimiyyəti solyönlü «FARK»-la (Kolumbiya Silahlı İnqilabçıları)sülh müqaviləsi imzalayarsa, o zaman silahlı qüvvələrinin beynəlxalq arenada özünü göstərmək imkanı olacaq.
Xatırladaq ki, 2009-cu ildə Kolumbiyanın xüsusi təyinatlıları Əfqanıstandakı əməliyyatda iştirak edib.