Ölkədə keçid hökuməti qurulmadan Suriya üzrə sülh konfransının keçirilməsi mümkün deyil.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerrinin bəyanatında bu vurğulanıb.
Kerri daha dəqiq şəkildə bildirib ki, Suriyanın indiki başçısı Bəşar Əsəd hakimiyyətdən getməlidir.
«Qənaətimizcə, prezident Əsəd legitimliyini itirib. Ölkədə sülhün yaradılması üçün keçid hökumətin qurulması vacibdir»-deyə, o, BMT-nin Suriya üzrə özəl elçisi Lahdar Brahimi ilə görüşdən sonra bildirib.
Dövlət katibi Cenevrədə keçiriləcək danışıqların tarixi tezliklə təmin edilməlidir.
Bir müddət öncə ölkədki ən böyük müxalifət koalisiyası bildirimişdi ki, Bəşar Əsəd hakimiyyətdə qalarsa, sülh konfransında iştirak etməyəcəklər.
ABŞ və Rusiya bu tədbiri cari ilin noyabrında Cenervədə keçirməyi təklif edib.