Əfqanıstan prezident Həmid Karzay ölkəsində yerləşən NATO hərbçilərini ittiham edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb əhalinin təhlükəsizliyinin təmini ilə bağlı keçirilən əməliyyatın uğursuzluğa uğramasıdır.
Mənbəyə müsahibəsində bildirib ki, hərbi kampaniya üçün böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, NATO-nun bir neçə min hərbçisi həlak olub: «Nə baş verir?»
«BBC» qeyd edib ki, NATO-nun əməliyyatları nəticəsində çoxlu sayda dinc sakinin qurban getməsinə səbəb, Əfqanıstan hakimiyyəti ilə alyans rəhbərliyi arasında gərginlikdir.