Kabardin - Balkar Respublikasının Baksan rayonunda baş vermiş atışma nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı (FTX- «FSB») həlak olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, gecə saatlarında Baksanın Lenin küçəsində işıqforda dayanan iki maşının sürücüsü arasında atışma baş verib.
İlkin məlumata əsasən, sürücülərdən biri FTX-nin əməkdaşı olub. O, yerindəcə keçinib. Onun avtomobildə olan həmkarları yaralı halda xəstəxanaya yerləşdirilib.
Olayla bağlı araşdırma aparılır.