İvanişvili Saakaşvilinin çağırdığı toplantıya qatılmayacaq
10 oktyabr 2013 02:58 (UTC +04:00)

İvanişvili Saakaşvilinin çağırdığı toplantıya qatılmayacaq

Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident Mixail Saakaşvilinin təşəbbüsü ilə çağırılan Milli Təhlükəsizlik Şurasında iştirak etməyəcək.

 

Lent.az-ın «Novosti Qruziya»-ya istinadən məlumatına görə, bu haqda baş nazirin mətbuat xidməti bildirib.

 

Saakaşvili son zamanlar Cənubi Osetiyadakı sərhəd olayı və «Soçi-2014» qış olimpiya oyunlarda iştirak bağlı hökumətə şuranın çağırılmasının təklif edib.

 

Bir müddət öncə prezidentin administrasiyasından bildirilmişdi ki, Saakaşvili Təhlükəsizlik Şurasını toplantısının oktyabrın 12-də yığışması təklifini irəli sürüb.

 

Gürcüstan prezidenti Rusiya sərhədçilərinin Cənubi Osetiyada sərhəddə tikanlı məftil quraşdırması və 2008-ci ilin avqustunda Gürcüstana qaşı hərbi əməliyyatlarda iştirak etmiş təyyarəçi İvan Neçaeyin XXII Qış Olimpiadasının məşəlini daşıması ilə bağlı məsələlərin müzakirəsini vacib sayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094
avatar

Oxşar yazılar