İvanişvili Acarıstanda müsəlman icmasının nümayəndələri ilə görüşüb
06 oktyabr 2013 01:34 (UTC +04:00)

İvanişvili Acarıstanda müsəlman icmasının nümayəndələri ilə görüşüb

Gürcüstanın baş naziri Bidzina İvanişvili özünün Acarıstandakı Ureki kəndindəki iqamətgahında müsəlman icmasının nümayəndələri ilə görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan Müsəlman İdarəsinin baş müftisi Cemal Paksadze və Gürcüstanın reinteqrsaiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, müsəlman icmasının nümayəndələri və Çela kəndindən gələn bir neçə nəfər sakin iştirak edib.

 

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüş qapalı keçirilib.
 

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili  jurnalistlərə açıqlamasında bildirib ki,  tədbirdə Çela kəndində sökülən minarənin bərpası və Batumidə yeni məscidin tikintisi  ilə bağlı məsələlər müzakirə olunub: “Biz müsəlman vətəndaşlarımızı narahat edən digər məsələləri də müzakirə etdik. Qeyd etmək istəyirəm ki, görüş iştirakçıları tədbirdən razı qaldılar”, dövlət naziri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628
avatar

Oxşar yazılar