Gürcüstanın baş naziri Bidzina İvanişvili səlahiyyət müddəti başa çatan prezident Mixail Saakaşviliyə qarşı cinayət işinin açıla biləcəyini istisna etməyib.
Lent.az-ın “İnterfaks”a istinadən məlumatina görə, İvanişvili “İmedi” telekanalının efrində bildirib ki, hüquq-mühafizə orqanlarının Saakaşviliyə bir sıra sualları var .İvanişvili 2006-cı ildə qətlə yetirilmiş baş nazir Zurab Jvaniyanın işi ilə bağlı Saakaşviliyə qarşı cinayət işinin açılacağını istisna etməyib.
“Saakaşviliyə qarşı heç bir siyasi təqib olmayacaq.Ancaq ona suallar var. Keçmiş baş nazir, müdafiə naziri həbsxanadadırsa,başqa bir sabiq müdafiə naziri Fransada yaxalanıbsa, Tiflisin hazırki merinə qarşı 3 cinayət işi qaldırılıbsa, təbii ki, prezidentə də suallar olacaq” - deyə, o, vurğulayıb.
Bununla belə İvanişvili ölkə prezidentinin istintaqa ifadə verməsini istəmədiyini bildirib: “Bir vətəndaş kimi prezidentimin sorğu-sual edilməsini, yaxud da həbsxanaya düşmısini istəmərəm. Bu, ölkənin nüfuzuna ziyandırl.Ancaq prokurorluq və məhkəmə var, onların işinə isə qarışmıram”.