Oktyabrın 23-də İsveçrənin Obvalden kantonunda «F/A-18» tipli qırıcı dəmiryol xəttinə düşərək, dağılıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, şahidlər bildirib ki, iki hərbi təyyarə yana-yana uçurmuş, birdən onlardan biri qayaya çarpılıb. Təyyarənin düşdüyü yerdə yanğın əmələ gəlib.
Olay dəmiryolu xəttinin üstündə baş verib. Hadisə olarkən yolda qatar olmayıb.
Ölkənin Müdafiə Nazirliyi xəsarət alanlar barəsində hələlik məlumat verməyib.
Mənbə xatırladıb ki, İsveçrə Hərbi Hava Qüvvələri tarixində «F/A-18» qırıcısı ikinci dəfədir. Qəzaya uğrayır.