Livanın hərbi məhkəməsi Cəlal Amin əbu Diab və Cavadat Məhəmməd Xocanı İsrailin xeyrinə casusluq etdikləri üçün uzun müddətə azadlıqdan məhrum edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,Əbu-Diab ultra –suriyayönlü siyasətçi Viam Vəhhabın cangüdəni olub. Ona «Mossadla əməkdaşlığa» görə,15 il iş kəsilib. O, aerofoto çəkilişlə Beyrutun cənub ətrafından xəbərləri İsrail kəşfiyyatına ötürürmüş. Bundan başqa Cəlal Amin əbu Diab «Hizbullah»ın yüksək vəzifəli üzvlərini izləməkdə, onların yaşadığı ev, avtomobili və hərəkət marşrutu barədə məlumatları da ötürmək ittiham olunub.
Cavadat Məhəmməd Xoca isə «Livana təcavüz zamanı düşmən İsraillə təmas»a görə 20 il azadlıqdan məhrum edilib. O, 2000-2006-cı illərdə İsraillə savaş zamanı Livan ordusu barədə məlumatları yəhudi dövlətinin uyğun qurumlarına ötürməkdə ittiham olunub.