İsrail hərbi-hava qüvvələrinin Suriya ərazisinə zərbə endirdiyi deyilir.Bu barədə CNN öz mənbələrinə istinadən xəbər verir.
Mənbələr ABŞ kəşfiyyatında Suriya ilə qonşu Livan üzərində çoxlu sayda İsrail hərbi təyyarəsinin olması barədə məlumat olduğunu bildirirlər.
Təyyarələrin Suriyadakı kimyəvi silah anbarlarını bombaladığı güman olunur. İsrail dəfələrlə Suriyadakı kimyəvi silahın silahlıların və islamçıların əlinə düşməsinə yol verməyəcəyini bildirmişdi.