İsrail müdafiə naziri Moşe Ayalon vəzifəyə təyin edildikdən sonra ilk dəfə Knessetin Xarici işlər və müdafiə məsələləri üzrə komitəsinin iclasında iştirak edib.
Lent. az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Knessetin Xarici işlər və müdafiə məsələləri üzrə komitəsinin iclasında Suriyadakı vəziyyət müzakirəyə çıxarılıb.
Moşe Ayalon Suriyanın bölündüyünü, prezident Bəşər Əsədin ölkə ərazisinin 40 faizə qədərinə nəzarət etdiyini söyləyib. Onun sözlərinə görə, hətta paytaxt Dəməşqdə ən azı 4 zonaya müxaliflər nəzarət edir: “Biz Rusiyanın Suriyaya “S-300” Zenit-Raket Kompleksi təhvil verməsi prosesini izləyirik. Hələ ki, bu komplekslər Suriyaya çatdırılmayıb və bu proses yalnız 2014-cü ildə mümkün ola bilər. İsrailin siyasəti Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etməməkdir, sadəcə müasir silah sistemlərinin, raket və kimyəvi silahların Hizbullah Hərəkatının əlinə keçməsinin qarşısını almağı qarşımıza məqsəd qoymuşuq”.