Naməlum yaraqlıların basqını nəticəsində İraq təhlükəsizlik xidmətinin azı 16 əməkdaşı həlak olub, 35 nəfər isə yaralanıb.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, hadisə ölkənin qərbində, Anbar əyalətinin Rutba şəhərindəki Nəzarət Buraxılış Məntəqəsində (NBM) baş verib.
Mənbə bildirib ki, əvvəlcə minalanmış avtomobil NBM-in binasına çırpılıb. Bundan sonra naməlum yaraqlılar atəş açıb. Məlumata əsasən, Rutbadakı daha üç NBM atəşə tutulub.
Şəhərdə komendant saatı tətbiq edilib.