İran prezidenti Həsən Ruhani ABŞ-a bağlı növbəti addımı atıb.
Lent.az-ın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani
İran Aviasiya İdarəsinə İran və ABŞ arasında birbaşa aviareyslərin bərpasının mümkünlüyünü araşdırmağı tapşırıb.
Təkcə Kaliforniyada 1 milyon İran əsilli şəxs yaşayır. İran və ABŞ arasında birbaşa aviareyslər 1979-cu ildə, İran İslam İnqilabından sonra dayandırılıb.