İranın turizm rəisi: «Xanımım və qızım qəlyan çəksə dünya dağılmaz»
24 oktyabr 2013 01:22 (UTC +04:00)

İranın turizm rəisi: «Xanımım və qızım qəlyan çəksə dünya dağılmaz»

Bir neçə il öncə İranda çayxana və qəhvəxanalarda su qəlyandan istifadə yasaqlanıb. Onda bu qərara etiraz olunsa da hakimiyyət geri durmadı. 

 

Lent.az-ın məlumatına görə, ölkə parlamentinin 20 deputatı Turizm, Əl İşləri Sənayesi və Mədəni Miras Təşkilatının rəisi Məhəmmədəli Nəcəfinin sulu qəlyandan istifadənin azad olması ilə bağlı bəyanatından narahat olaraq, prezident Həsən Ruhaniyə müraciət edib.

Onlar Məhəmmədəli Nəcəfinin həmin bəyanatına toxunaraq İran prezidenti Həsən Ruhanidən sulu qəlyandan istifadəyə qoyulan qadağanın qüvvədə saxlanmasını istəyiblər.

Xatırladaq ki, M.Nəcəfi oktyabrın 20-də dövlət televiziyasına açıqlamasında ictimai yerlərdə sulu qəlyandan istifadənin tərəfdarı olduğunu bildirib. O, deyib ki, müəyyən ictimai yerlərdə sulu qəlyandan istifadə edilə bilər: «Vətəndaşlarımızın əylənməsi üçün hansı şəraiti yaratmışıq? Onlara heç nəfəs çəkməyə də imkan vermirik. Bunu bilməliyik ki, sulu qəlyandan istifadənin qarşısını alsaq, sulu qəlyanla yanaşı digər şeylər də evlərə nüfuz edəcək. Sulu qəlyandan istifadə sərbəstləşrsə, bu həm kişilərə, həm də qadınlara şamil edilməlidir. Həyat yoldaşım və qızımla bərabər gedib sulu qəlyan çəksəm, bir-iki qullab da onlar alsalar bundan dünya dağılar?»

Deputat Müctəba Rəhmandust məsələyə toxunaraq bildirib ki, Məhəmmədəli Nəcəfinin bəyanatı tütün məmulatlarından istifadənin dolayı yolla təbliğindən başqa bir şey deyil.

 

Başqa bir deputat Qasım Əhmədi-Laşəki isə Turizm, Əl İşləri Sənayesi və Mədəni Miras Təşkilatının rəisinin qadınların da sulu qəlyandan istifadə edə bilməsi ilə bağlı çıxışından təəccübləndiyini bəyan edib: «Nəzərə almaq lazımdır ki, sulu qəlyanın bir qullabının ziyanı 40 ədəd siqaretin ziyanına bərabərdir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar