İrandan «Gəzi» açıqlaması
05 iyun 2013 23:29 (UTC +04:00)

İrandan «Gəzi» açıqlaması

İstanbulun «Gəzi» parkı ətrafında  baş verən olaylarda çeşidli qüvvələr və dövlətlərin adları hallanır.

 

Onlardan biri də İran hakimiyyətidir.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, İslam Respublikası Xarici İşlər Nazirliyinin təmsilçisi Abbas İraqçı bildirib ki, ölkəsinin olaylarda adının hallanması «əsassızdır».

 

O, nümayişlərdə İran vətəndaşının saxlanılması ilə bağlı Türkiyə məsullarından açıqlama istədiklərini söyləyib. «İran vətəndaşının olaylarda saxlanıldığını mətbuatdan duyduq» -deyə, iranlı diplomat bildirib.

 

Xatırladaq ki, «Gəzi» parkındakı aksiyalarda bir iranlı casusun da tutulduğu barədə xəbərlər yayılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136
avatar

Oxşar yazılar