İranda 2009-cu il prezident seçkilərindən baş vermiş akasiyalarda iştirak edən, Nobel mükafatçısı Nəsrin Sutudə azadlığa buraxılıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Sutudə ilə yanaşı, bir çox siyasi məhbus da azadlığa buraxılıb.
Azadlığa çıxanlar arasında xarici işlər nazirinin sabiq müavini Muhsin Eminzadə, Feyzullah Arabsorhi, Mir Tahir Musəvi, Mehdi Mahmudiyan, Məhəmməd Əli Vilayəti, Həsən Zerrinpur, Mehsa Emirabadi, Mahbube Kerimi, Məryəm Cəlili, Mitra Rəhimi, Ferah Vazihan, Jila Mekvendi ilə Kefayet Melekmuhammedin adları çəkilir.
Qeyd edək ki, həbsdən azadlığa çıxan siyasi məhbuslar sabiq İran prezidenti Mahmud Əhmədinejadın dövründə həbs ediliblər.