İngiltərə-İran əlaqələrinin bərpasına İsraildən açıqlama
11 oktyabr 2013 05:16 (UTC +04:00)

İngiltərə-İran əlaqələrinin bərpasına İsraildən açıqlama

Britaniyanın İranla diplomatik münasibətləri bərpa edəcəyi İsrailin rahatsızlığına səbəb olub.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yəhudi dövlətinin baş naziri Bineyamin Netaniyahu «Fayneşnəl tayms»-a müsahibəsində deyib ki, İran qərblə diplomatik münasibətləri bərpa etməzdən öncə İsrailin ünvanına hədələri kəsməlidir.

 

«BMT-nini üzvü olan yəhudi dövlətinin İran məhv etməyə çağırır. Əgər Britaniya Tehranla münasibətləri güzəldənədək  bu ölkəni çağırışlarından imtina etməyə çağırsa idi daha məntiqi olardı»-deyə, o, bildirib.

 

Xatırladaq ki, Britaniya ilə İran özəl təmsilçilər səviyyəsində mübadilə etmək haqda qərar qəbul edib. Bu, iki ölkə arasında diplomatik münasibətin bərpası ilə nəticələnə bilər.

 

Məsələ haqda Britaniyanın xarici işlər naziri Uilyam Heyq oktyabrın 8-də parlamentdəki çıxışında açıqlama verib: «Hər iki ölkə müvəqqəti işlər vəkili təyin edəcək. Onlar ikitərəfli münasibətlərini qurulması ilə məşğul olacaq. Bu addım zaman-zaman yenidən səfirliklərin açılmasına səbəb ola bilər».

 

2011-ci ilin noyabrında Britaniyanın İrandakı səfirliyinə basqın edildikdən sonra  rəsmi London bu ölkədəki diplomatik nümayəndəliyini bağlamış və səfirin geri çağırmışdı. Oxşar addımı Tehran da atmışdı. İndiyə kimi tərəflər arasında diplomatik təmaslar faktiki olaraq, mövcud deyil.

 

Britaniyanın İrandakı maraqlarını İsveçrənin Tehrandakı səfirliyi, islam Respublikasının Birləşmiş Krallıqdakı mənafeyini isə Omanın Londondakı diplomatik təmsilçiliyi təmsil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Oxşar yazılar