Honkonq əhalisinin 5-də biri dilnçi vəziyyətdə yaşayır. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ilk dəfə olaraq, hakimiyyətin hesabatında açıqlama verilib.
Honkonq rəhbərliyi bildirib ki, 1,3 milyon sakin bu dilənçiliyin astanasındır.
Mənəbəinin xatırlamasına əsasən, Çinin bu əyaləti dünyanın ən bahalı yerləri sırasında öndədir. Orada yaşayış mənzilinin icarəsi bahalıdır. Əhali arasındakı sosial təbəqələşmə kəskinləşib.
Honkonqun baş naziri Lyan Çjenin bəyan edib ki, yoxsulluq həddinin müəyyənləşdirilməsi sosial bərabərsizliyə qarşı mübarizə aparmaq üçün vacib addımdır.
Bu ilin iyulunda on minlərlə honkonqlu yerli hakimiyyətin varlılarla kasıblar arasındakı fərqi aradan qaldıra bilməməsinə qarşı etiraz aksiyası keçirmişdi.