Həsən Həsənov Polşada azərbaycanlı tələblərlə görüşüb
15 oktyabr 2013 21:32 (UTC +04:00)

Həsən Həsənov Polşada azərbaycanlı tələblərlə görüşüb

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Vrotslav Universitetinin İnformatika İnstitutunda Azərbaycanlı tələbələrlə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Polşa Universitetlərində təhsil alan 25 Azərbaycanlı tələbə ilə yanaşı Polşa, Ukrayna, Almaniya, Rusiyadan tələbələr və İnstitutun müəllim heyəti iştirak edib. Görüşdə Polşa Universitetlərində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu haqında təqdimat ediblər. Sonra, Polşada təhsil alan Azərbaycanlı tələbələrin yaratdığı Azərbaycanlı Gənclərin Təşəbbüs Qrupunun təqdimatını edilib və qısa müddət ərzində qrupun əldə etdiyi nailiyyətlər haqda iştirakçılara ətraflı məlumat verilib. Azərbaycanlı tələbələr bildiriblər ki, 2013-cü ilin sonuna qədər  AYPU (Polşada Azərbaycan Gənclər Birliyi - Azerbaijani Youth Union in Poland) təşkilatının təsis olunması nəzərdə tutulub.

Səfir Həsən Həsənov, tədbir iştirakçılarına Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranma tarixindən danışıb və hər iki xalqın övladlarının ölkələrimizin tarixində qoyduqları izlər haqda məlumat verib.

Tədbirin sonunda Səfir Həsən Həsənov Polşada təhsil alan bir qrup azərbaycanlı tələbəni güclənən və inkişaf edən Azərbaycanın uğurlarını Polşada təbliğində verdikləri töhfəyə görə AR Polşadakı Səfirliyi tərəfindən təsis olunmuş xatirə medalları verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383
avatar

Oxşar yazılar