Gürcüstan həbsxanasında yeniyetmə ölüb
09 oktyabr 2013 01:21 (UTC +04:00)

Gürcüstan həbsxanasında yeniyetmə ölüb

Gürcüstanın Kutaisi şəhərindəki həbsxana  16 yaşlı Qoqi Dzevelaya adlı yeniyetmə məhbus ölüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Senaki şəhərinin bu sakini oğurluqda ittiham olunub. Həbsxanaya gətirildikdən 24 saat sonra ölüb.

 

«İlikin məlumata əsasən, bu intihardır. Çünki həbsxanaya gətirilməsində heç bir sutka keçməyib. O, ikinci dəfə idi saxlanılırdı. Gün ərzində o, bir neçə dəfə yoxlanılıb. Olay baş verməzdən yarım saat öncə onun kamerasında sosial xidmətin işçisi olub»-deyə,  Gürcüstanın hüquqi yardım və cəzalın icrası üzrə naziri Sozar Subari bildirib.

 

Ailə üzvlərinin sözlərinə görə, onun həbsxana nəzarətçiləri ilə problemi olub və bu, Q.Dzaveliyanın ölmünə səbəb ola bilər.

 

Onlar bildirib ki, Qoqiya girov qarşılığında onu buraxacaqdılar, ancaq tutulan bir  gün sonra qohumlarına yeniyetmənin «intihar etdiyini» söyləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar