Fransız nazir: «Suriyada kimyəvi silah tətbiq edilib»
05 iyun 2013 06:43 (UTC +04:00)

Fransız nazir: «Suriyada kimyəvi silah tətbiq edilib»

Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Suriyadakı iki illik münaqişə ərzində bir neçə dəfə sinir-iflici yaradan zarin maddəsindən istifadə edilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Fabius deyib ki, Parisdəki laborator təhlilləri nəticəsində zarinin tətbiqi təsdiqlənib.

 

O, kimyəvi silahdan istifadə edənin cəzalandırılmasını da vurğulayıb.

 

Bir müddət öncə BMT-nin təmsilçisi bildirib ki, Suriya münaqişəsində kimyəvi silahın tətbiqinə dair hər cür əsas var. Bundan başqa qurum beynəlxalq ictimaiyyəti Suriyaya silah verilməməsinə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426
avatar

Oxşar yazılar