Fransada 2 gündən bir fermer intihar edir
13 oktyabr 2013 03:40 (UTC +04:00)

Fransada 2 gündən bir fermer intihar edir

Fransanın Sanitar Nəzarət İnstitutu kədərli statistika təqdim edib. Lent.az-ın «Russia Today»-a istinadən məlumatına görə, 2007-2009-cu illərdə fermerlər arasında intihar halları başqa peşə sahələrinin təmsilçiləri ilə müqayisədə 20 faiz çox olub.

 

İntihar edən fermerlərin təxminən 47 faiz 55-64 yaş arasındadır. Statistikaya əsasən, özlərinə qəsd edənlərin çox heyvandar kəndlilərdir. Onlar maliyyə böhranından əziyyət çəkdikləri üçün bu addamı atıb.

 

Mənbə bildirib ki, fermerlər arasında 2 gündən bir intihar halları baş verir.

 

Məlumata əsasən, çox saylı araşdırmalar göstərib ki, Avropadakı  iqtisadi böhran təkcə Fransaya təsir etməyib. 2012-ci ildə İspaniyada özünü öldürmək istəyənlərin sayı əvvəlki illərlə müqayisədə 30 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar