Oktyarbın 1-də Parisdə Yelisey sarayında Fransa prezidenti Fransua Olland erməni həmkarı Serj Sarkisyanı qəbul edib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, tərəflər «Ermənistanın Avropa Birliyi ilə münasibətlərinin perspektivindən» danışıblar.
Danışıqlar zamanı Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsi ilə bağlı məsələyə daha çox diqqət ayrılıb.
Mənbə bildirib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin «dinc yolla həlli yolları»ının axtarılmasını vurğulayıblar.
Müzakirə zamanı Suriyadakı vəziyyət, İranın atom-nüvə proqrammı ətrafında yaranmış problemdən danışılıb.