Fransanın prezidenti Fransua Olland İsrailin baş naziri Binyamin Netaniyahu ilə İranın nüvə problemini dair telefonla müzakirə edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda Yelisey sarayı xəbər yayıb.
Danışıq zamanı F.Olland İrana münasibətdə Fransanın mövqeyinin sərt olaraq, qaldığını bildirib. O, İslam Respublikasının hökumət başçısı Həsən Ruhaninin verdiyi sözü əməli işə keçirəcəyini gözlədiyini vurğulayıb.
Xatırladaq ki, İsrailin baş naziri müsahibəsində beynəlxalq ictimaiyyətin tələblərinə əmələ etməyənədək Fransanı Tehrana güzəştə getməməyə çağırıb.