Fransız fahişələrdən də uzaq durmaq lazım gələcək
Fransa 16 yaşına çatmamış uşaqlar arasında “Mini-miss” adlanan gözəllik müsabiqələrinin keçirilməsinə qadağa qoyub.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Fransa Senatı bununla bağlı qanun layihəsini bu gün qəbul edib.
Bundan sonra “Mini-miss” müsabiqəsi təşkil edənlər 2 il azadlıqdan məhrum ediləcək, 30 min avro cərimələnəcəklər. 146 səsə qarşı 196 səslə qəbul edilən qanun layihəsini hazırlayan senatorlar qız uşaqlarının ticarət vasitəsi kimi istifadə edilməsinə qarşı çıxırlar.
Fransa parlamenti gələn ay fahişələrlə birlikdə olan kişilərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini də müzakirəyə çıxaracaq. Fahişələrlə cinsi əlaqədə olan kişilər birinci dəfə yaxalandıqları zaman 1500 avro cərimələnəcək, əgər ikinci dəfə bu təkrarlanarsa, 6 ay azadlıqdan məhrum ediləcək və 7 min 500 avro cərimə ödəməli olacaqlar. Bənzər qanunlar hazırda İsveç, Norveç və İslandiyada qüvvədədir.