ABŞ-da hər kəsi şoka salan olay yaşanıb.
Lent.az-ın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, polis Nyu-York ştatının Şirli şəhər bələdiyyəsində heyvanların müdafiəsi xidmətində çalışan Riçard Parrnellonun evinin zirzəmisindən 850 ilan tapıb.
Polis Riçard Parrnellonun evində yüzlərlə ilan saxladığını və ilanların qanunsuz ticarəti ilə məşğul olduğunu təsadüfən aşkarlayıb. O, mülki geyimdə olan polis əməkdaşı ilə söhbətində fəxrlə deyib ki, evində saxladığı ilanların ən azı 0,5 milyon dollar qiyməti var. İlanlar arasında Nyu-York ştatında fiziki şəxslərə saxlanılması qadağan edilən Birman pitonu da var. Birman pitonu Massaçusets ştatındakı sığınacağa buraxılacaq. Digər ilanların hara aparılacağı hələ müəyyənləşməyib.