Suriya prezidenti Bəşər Əsəd Rusiyaya təşəkkür edib.
Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Bəşər Əsəd Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşdə deyib ki, xarici müdaxilə və terrorizm təhlükəsi ilə üzləşən Dəməşqə dəstəyə görə Rusiyaya minnətdardır.
Bəşər Əsəd bildirib ki, Rusiyanın mövqeyi dünyada yeni güc balansı formalaşdıra bilər.