Suriya hakimiyyəti ilk dəfə qalib gələ bilməyəcəyini etiraf edib.
Lent. az-ın verdiyi məlumata görə, ”The Guardian” qəzetinə müsahibə verən Suriya baş nazirinin müavini Kadri Cəmil Bəşər Əsəd rejiminin II Cenevrə Konfransında atəşkəs təşəbbüsü ilə çıxış edəcəyini bildirib.
Kadri Cəmil 2,5 ildir ki, ölkədə davam edən bu savaşı nə müxaliflərin, nə də Suriya ordusunun qazanacaq gücdə olmadığını söyləyib. O, savaşın ölkə iqtisadiyyatına 100 milyard dollardan çox ziyan vurduğunu bəyan edib. Kadri Cəmil BMT ekspertlərinin Dəməşqin Quta qəsəbəsində kimyəvi silahın tətbiqi barədə hesabatının da tərəfsiz və obyektiv hazırlanmadığını iddia edib.
Qeyd edək ki, ilk dəfədir ki, Bəşər Əsəd rejimi savaşı qazana biləcək gücdə olmadığını etiraf edir.