Suriya prezidenti Bəşər Əsəd ölkəsində sabitliyin hansı halda və nə vaxt təmin edilə biləcəyini açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, Bəşər Əsəd Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində deyib ki, ABŞ, bütün Qərb dünyası, Ərəb dünyası və Türkiyə ona qarşı mübarizə aparır.
Bəşər Əsəd bildirib ki, bütün bunların fonunda hələ də hakimiyyətdə qalmasının bir səbəbi var: “Bu dövlətlərin mənə qarşı çıxması fonunda hakimiyyətdə qaldığıma, ayaq üstdə durduğuma görə super insanam? Xeyr. Sadəcə, Suriya xalqının böyük əksəriyyəti məni dəstəkləyir. Əgər Türkiyə suriyalı müxaliflərə lojistik dəstəyi, Səudiyyə Ərəbistanı və Qətər pul yardımını dayandırarsa, Suriyada bir neçə ay ərzində sabitliyi bərpa etmək mümkündür”.