Ermənistanın 4 hərbçisi minaya düşüb. Lent.az-ın Ermənistan Mudafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal-şərq istiqamətindəki sərhədində oktyabrın 16-da, yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə saat 21:30) baş verib.
Həmin ərazidə döyüş tapşırığını yerinə yetirərkən mina partlayıb. Nəticədə mühəndis-istehkam bölüyünün komandiri, kapitan Gevork Mnatskanyan (1988-ci il təvəllüdlü) aldığı yaralardan ölüb. Baş leytenant Qaruş Ambartsumyan, müddətdən artıq xidmət əsgəri Narek Akopyan və müqavilə ilə qulluq edən Edqar Arutyunyan müxtəlif dərəcəli yaralar alıblar. Ambartsumyan və Arutyunyanın vəziyyəti orta ağır, Akopyanınkı isə qənaətbəxşdir. Yaralılar Ermənistan Müdafiə Nazirliyinin İrəvandakı klinik hospitalına yerləşdiriliblər.