Ermənistanda keçirilən beynəlxalq konfransda qalmaqal
21 oktyabr 2013 13:51 (UTC +04:00)

Ermənistanda keçirilən beynəlxalq konfransda qalmaqal

İrəvan (Ermənistan) şəhərində diskriminasiya, ksenofobiya və dözümsüzlük əleyhinə keçirilən konfransın işi pozulub.

 

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Diskriminasiya, ksenofobiya və dözümsüzlüklə mübarizə” adlı konfransı açıq elan etdikdən sonra əllərində şüarlar tutmuş ictimai fəallar toplantı zalına daxil olublar.

 

Aksiya təşkilatçıları bəyan ediblər ki, Ermənistan hökuməti bu məzmunda konfranslar keçirə bilməz: “Çünki Ermənistandakı hakim rejim irqçidir”.

 

Ermənistan XİN-in, tədbir keçirilən mehmanxananın təhlükəsizlik xidmətləri və polislər fəalları zaldan çıxarmaq istəsələr də, buna nail ola bilməyiblər. Aksiya iştirakçıları qonaqlar qarşısında düzülərək yarım saat zalda qalıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165
avatar

Oxşar yazılar