Ermənistanda “Yeni Hələb” salınır
08 iyun 2013 12:31 (UTC +04:00)

Ermənistanda “Yeni Hələb” salınır

Ermənistanın Aştarak şəhərində suriyalı erməni qaçqınları üçün “Yeni Hələb” adlı məhəllə inşa ediləcək. Lent.az-ın “bbc”-yə istinadən məlumatına görə, bu barədə Ermənistanın diaspor naziri Hranuş Hakobyan məlumat verib. Məlumata əsasən Ermənistan hökuməti Aştarak şəhəri ərazisində 600 ailə üçün nəzərdə tutulan məhəllənin inşası üçün suriyalı ermənilərin problemləri ilə məşğul olan Koordinasiya Mərkəzinə 4,8 hektar sahə ayırmaq haqqında qərar qəbul edib.

Nazir Hakobyan tikintinin dövlət tərəfindən ayrılan və xeyriyyəçilərin vəsaitləri hesabına aparılacağını qeyd edib: “600 ailə həmin məhəllədə mənzil almaq və onların dəyərinin 50 faizini ödəməyə hazırdı”.

Onun sözlərinə görə, hal hazırda daimi yaşamaq üçün Ermənistana təqribən 7 min suriyalı erməni köçüb. Suriyanın erməni icması ən güclü diaspor qurumlarından biri hesab edilir və son zamanlaradək sayı 100 minə çatırdı. 

Qeyd edək ki, Suriyada hakimiyyətlə müxalifət arasında hərbi qarşıdurma 2011-ci ilin mart ayında başlanıb. BMT-nin məlumatına görə, bu müddət ərzində ölkədə təxminən 80 min adam həlak olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41