Erməni avtoritetdən həmyerlimizə qətl sifarişi  
16 oktyabr 2013 16:44 (UTC +04:00)

Erməni avtoritetdən həmyerlimizə qətl sifarişi  

Çexiyanın paytaxtı Praqada Ali Məhkəmə erməni kriminal avtoritet Andranik Soqoyan barəsində çıxarılmış hökmü təsdiqləyib. Lent. az-ın xarici mətbuata istinadən verdiyi məlumatına görə, tanınmış “qanuni oğru” 2007-ci ildə azərbaycanlı Məhəmməd Əliyevə erməni sahibkarı öldürməyi sifariş edib.

 

Əliyev isə qətli ukraynalı Timur Tretyakova tapşırıb. Lakin Tretyakov 2 dəfə səhvə yol verib. Əvvəlcə o, səhvən başqa bir ermənini bıçaqlayıb. Həkimlər yaralının həyatını xilas edə biliblər. 14 gün sonra isə Tretyakov yenə səhvən “Sazka” şirkətinin direktorunun sürücüsünü güllələyib. O, 22 il azadlıqdan məhrum edilib və hazırda həbsxanadadır. Andranik Soqoyana da eyni müddətə həbs kəsilib. Soqoyanın 4 silahdaşı isə 12 ildən 18 ilədək azadlıqdan məhrum edilib. Onun vəkillərinin apellyasiyası qəbul olunmayıb.

 

Ali Məhkəmə ilkin hökmü təsdiqləyib. Lakin hazırda erməni kriminal avtoritet Çexiyadan kənardadır və ölkəyə qayıtmağa hazırlaşmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3124
avatar

Oxşar yazılar