Səudiyyə Ərəbistanının şahzadəsi Fahd əl-Səud Parisdəki “Disneylənd”də 15 milyon avro xərcləyib.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Fahd əl-Səud diplom almasını “Disneylənd”də qeyd etməyə qərar verib.
O, 22-24 may tarixlərində özü və 60 qonağı üçün “Disneylənd”i bütünlüklə sifariş edib. Yüksək vəzifəli qonaqlar üçün şou, tamaşa və fotosessiya təşkil olunub.