Səudiyyə Ərəbistanında qadınlar sürücülük hüququ əldə etmək üçün imza toplama kampaniyası keçirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hüquq müdafiəçiləri 11 min imza toplayıb. Fəallar bunu uğur sayıblar.
Xatırladaq ki, bu ölkədə qadınların avtomobili idarə etməsi qəti qadağandır. Halbuki bununla bağlı formalda olsa qanun mövcud deyil.
Oktyabrın 26-da qadınlar etiraz əlaməti olaraq sükan arxasında oturub. Son 20 ildə avtomobili idarə etdikləri üçün sürücü qadınlar dəfələrlə həbs olunub.
Bu ilin yanvarında qandın hüquqlarının müdafiə olunduğunu nümayiş etdirmək məqsədi ilə kral Abdulla ölkə tarixində ilk dəfə Məşvərət Şurasına 30 qadını təyin edib.