Dünyanın ən bahalı brilyant satılıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Honk-Konqda “Sothebys” şirkətinin təşkil etdiyi hərracda kiçik yumurta böyüklüyündə olan 118 karatlıq brilyant 30 milyon 600 min dollara satılıb.
İki il əvvəl Cənubi Afrikada çıxarılan və emal olunan, oval formalı brilyant indiyə qədər dünyada satılmış ən dəyərli daş kimi tarixə düşüb. Bundan öncəki rekord 6 ay əvvəl “Christies” şirkətinin Cenevrədə keçirilən hərracda 26 milyon 700 min dollara satdığı ağ brilyanta məxsus olub.