Mərkəzi Amerikanın Əl-Salvador dövləti Fələstin Muxtariyyatı ilə diplomatik münasibət qurub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Muxtariyyatın xarici işlər naziri Riyad əl-Maliki San-Salvadora səfəri zamanı həmkarı Uqo Martineslə məsələyə dair rəsmi müqavilə imzalayıb.
Latın Amerika dövlətlərində yalnız Panama hələ ki Fələstinlə diplomatik münasibət qurmayıb.