Əfqanıstanda qubernator talibana satılıb
20 sentyabr 2013 02:43 (UTC +04:00)

Əfqanıstanda qubernator talibana satılıb

Əfqanıstan hakimiyyəti yüksək vəzifəli dövlət məmurunun talibanın tərəfinə keçmə faktını təsdiqləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, əfqan tayfalarından birinin başçısı Qazi Abdul Hay 2004-2008-ci illərdə Əfqanıstanın parlamentində senator olub. Sonralar isə ölkənin şimalında yerləşən Sari-pul əyalətinin qubernatoru vəzifəsində çalışıb.

 

O, 2002-ci ildə taliban hakimiyyəti devrildikdən sonra onların düşərgəsinə keçən ilk yüksək vəzifəli məmurdur.

 

Taliblər Əfqanıstan məmurlarını «xarici işğalçılara» qarşı mübarizəyə çağırır. Qazi Abdulun qərarını bu təbliğat kampaniyasının «uğuru» adlandırırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar