Əfqanıstanın cənubunda intiharçının basqını nəticəsində Britaniya ordusunu hərbçisi həlak olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu xəbəri krallığın Müdafiə Nazirliyi yayıb.
Mənbə bildirib ki, əsgər «intiharçının üzərindəki partlayıcı qurğunun partlaması» nəticəsində həlak olub.
Basqın təcrübəli hərbçi Gilmend əyalətinin mərkəzində 40 km şimal-şərqdə yerləşən ərazidə patrul olarkən baş verib.